Modern.az

İki ölkənin lideri 11 il sonra ilk dəfə görüşdü

İki ölkənin lideri 11 il sonra ilk dəfə görüşdü

Dünya

11 Noyabr 2023, 21:41

İran və Misir prezidentləri şənbə günü Səudiyyə Ərəbistanının paytaxtında son 11 ildə ilk dəfə görüş keçiriblər.

 

Modern.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

 

İbrahim Rəisi Əbdülfəttah əs-Sisi ilə görüşdə "İslam ölkələrinin birliyinin zəruriliyini” vurğulayıb.

 

“İran İslam Respublikasının dost ölkə Misirlə əlaqələrinin genişləndirilməsi üçün heç bir maneə yoxdur.

 

İran prezidenti Qəzza hadisələri ilə bağlı Qahirədə keçirilən son sülh görüşünü müsbət təşəbbüs kimi qiymətləndirib.

 

Sisi Fələstin məsələsində Misirin bu problemin nəticələrindən ən çox əziyyət çəkən ölkə olduğunu bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək