Modern.az

Qarabağ separatçılarının başçısı dindirilməyə çağırıldı

Qarabağ separatçılarının başçısı dindirilməyə çağırıldı

Dünya

13 Noyabr 2023, 13:04

Ermənistan parlamentinin 44 günlük müharibəni araşdıran istintaq komissiyası Qarabağ separatçılarının sonuncu başçısı Samvel Şahramanyanı dindirilməyə dəvət edib.

Modern.az xəbər verir ki, noyabrın 13-də Şahramanyana məktub göndərilib. Məktub Qarabağ separatçılarının Ermənistandakı "nümayəndəliyi"nə təqdim olunub.


İndi komissiya onun cavabını gözləyir.

Bu barədə Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasından bildirilib.

 

Sizə yeni x var
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir