ABŞ Senatının Xarici İşlər Komitəsində Qarabağla bağlı dinləmələr keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə Konqresin saytında məlumat verilib.
Bildirilir ki, Bayden administrasiyasının Qafqaz siyasətinə cavabdeh olan əsas nümayəndələri Qarabağla bağlı çıxışlar edəcək.
Dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms Obrayn və USAID rəhbərinin Avropa və Avrasiya üzrə köməkçisinin müavini Aleksandr Sokolovski noyabrın 15-də keçiriləcək dinləmələrdə iştirak edəcəklər.