"Mən bu həftə İsrail, Fələstin, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər və İordaniyaya səfər edərək regional liderlərlə humanitar yardım və siyasi məsələləri müzakirə edəcəyəm".
Modern.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel X-də yazıb.
"Bizə iki dövlət həllinə baxan siyasi üfüq lazımdır. Buna ancaq dialoq yolu ilə nail olmaq olar", - deyə o əlavə edib.
I will travel to Israel, Palestine, Bahrain, Saudi Arabia, Qatar & Jordan this week to discuss humanitarian access & assistance & political issues with regional leaders
— Josep Borrell Fontelles (@JosepBorrellF) November 13, 2023
We need a political horizon looking towards the two state solution. This can only be achieved through dialogue