Modern.az

Ukraynanın iki gürcü döyüşçüsü ruslara əsir düşüb

Ukraynanın iki gürcü döyüşçüsü ruslara əsir düşüb

Dünya

15 Noyabr 2023, 09:48

Rusiya Ukrayna ordusunun sıralarında döyüşən iki gürcü döyüşçünü əsir götürüb.


Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatındfa bildirilib.


Nazirliyin Telegram kanalında yayılan videoda Ukrayna silahlı qüvvələrinin tərkibində döyüşmüş Gürcüstan vətəndaşı Giorgi Qoqlidzenin əsir götürüldüyü bildirilir.

Onun Ukraynanın 2-ci Xarici legionunda döyüşdüyü deyilir.

Eyni zamanda, TASS agentliyi Ukraynanın 2-ci Xarici Legionunda döyüşən daha bir gürcü Giorgi Çubetdzenin də ələ keçirildiyini bildirib.
 

Sizə yeni x var
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək