Pentaqon İsrailə hərbi yardımı artırıb.
Modern.az xəbər verir ki, "Bloomberg" bu barədə tələb olunan silahların siyahısını ehtiva edən Pentaqonun daxili sənədinə istinadən məlumat yayıb.
Siyahıda "Apaçi" helikopterləri, həmçinin 155 mm-lik mərmilər, gecə görmə eynəkləri, bunkerləri məhv edən sursatlar və hərbi maşınlar üçün lazerlə idarə olunan raketlər var.
Pentaqonun sözçüsü konkret detalları müzakirə etməkdən imtina edib, lakin departamentin bəyanatında deyilir ki, qurum İsrailin özünü müdafiə vasitələrinə malik olmasını təmin etmək üçün yerli ehtiyatlardan tutmuş ABŞ sənaye kanallarına qədər bir çox yollardan istifadə edir.
Oktyabrın 7-dən müharibə davam edir. İsrail tərəfində 1.4 min adam həlak olub, Fələstində isə say 11 min nəfərdən çoxdur.