Modern.az

Mirzoyan Avropa Parlamentinin sədri ilə görüşdü

Mirzoyan Avropa Parlamentinin sədri ilə görüşdü

Dünya

15 Noyabr 2023, 16:40

Buseldə səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın 15-də Avropa Parlamentinin sədri Roberta Metzola ilə görüşüb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ararat Mirzoyan və Roberta Metzola Aİ-Ermənistan hərtərəfli tərəfdaşlıq gündəliyinin əsas istiqamətləri və onun dərinləşdirilməsi üçün birgə səylər barədə fikir mübadiləsi aparıblar.

Tərəflər Avropa Parlamenti ilə Ermənistan Respublikasının Milli Məclisi arasında əməkdaşlığı genişləndirmək üçün əlavə addımlar atmağa hazır olduqlarını bildiriblər. Nazir Mirzoyan Ermənistanda demokratiyaya ardıcıl güclü dəstəyin, bölgədə sülhün bərqərar olması üçün real səylərə dəstək verilməsinin vacibliyini qeyd edib. Ermənistanın bu istiqamətdəki yanaşmalarına toxunan nazir Mirzoyan vurğulayıb ki, beynəlxalq tərəfdaşların fəal iştirakı və Azərbaycanın oktyabrda Qranadada qəbul edilmiş bəyanatla təsdiq edilmiş prinsiplərə sadiqliyi ilə regionda sülhə nail olmaq mümkün olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək