Modern.az

Putin-Rahmon görüşü başlayıb

Putin-Rahmon görüşü başlayıb

Dünya

21 Noyabr 2023, 14:48

Rusiya prezidenti Vladimir Putin və tacikistanlı həmkarı Emoməli Rahmon arasında Moskvada görüş başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.

 

Qeyd edək ki, Rahmon Moskvada 2 günlük səfərdədir.

 

Görüşdə ticarət-iqtisadi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın vəziyyəti və gələcək inkişaf perspektivləri, Rusiya-Tacikistan strateji tərəfdaşlığının digər əsas aspektlərinin müzakirəsi, eləcə də aktual regional və beynəlxalq problemlər ətrafında fikir mübadiləsinin aparılması planlaşdırılır.

 

Danışıqlar nəticəsində bir sıra mühüm ikitərəfli sənədlər imzalanacaq. Dövlət başçıları mətbuata bəyanatlarla çıxış edəcəklər.

Tacikistan prezidenti Rusiyadadır - YENİLƏNİB
Bu xəbər ilə bağlı
Tacikistan prezidenti Rusiyadadır - YENİLƏNİB
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...