"Ukraynada müharibə yeni mərhələyə qədəm qoyub. Ümumiyyətlə, qış müharibənin yeni mərhələsidir".
Modern.az xəbər verir ki, bunu “Associated Press” agentliyinə müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski vurğulayıb.
O qeyd edib ki, hazırda Ukraynanın prioriteti öz silahlarının istehsalıdır: "Biz daha sürətli nəticələr istəyirdik. Bu baxımdan, təəssüf ki, istədiyimizə nail ola bilməmişik. Ukrayna müttəfiqlərindən bütün lazımi silahları almadı və hərbi gücün həcminə qoyulan məhdudiyyətlər irəliləyişə mane oldu".
Prezident qeyd edib ki, müttəfiqləri tərəfindən təzyiq hiss etmir: "Müharibənin yeni mərhələsi artilleriya atəşinin və raket zərbələrinin daha intensivliyi ilə xarakterizə olunur. Rusiya PUA-lardan kəşfiyyat və zərbələr üçün də istifadə edir".
Ukraynanın dövlət başçısı əlavə edib ki, o, seçkiləri keçirməyə hazırdır, lakin ukraynalıların əksəriyyəti bunun əleyhinədir.