İranda növbəti edamlar icra edilib.
Modern.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
İranda bir qadın məhbusun edam edilməsi ilə Rəşt şəhərindəki Lakan zindanında həyata keçirilən edamların sayı üçə yüksəlib.
Qızılhisar zindanında altı, Zahidan mərkəzi həbsxanasında isə iki bəluc məhbus dar ağacından asılıb.