Modern.az

Xerson atəşə tutuldu - Yaralanan və ölənlər var...

Xerson atəşə tutuldu - Yaralanan və ölənlər var...

Dünya

5 Dekabr 2023, 12:24

Səhər saatlarında Ukraynanın Xersonun şəhərinin atəşə tutulması zamanı 2 nəfər həlak olub.

 

Modern.az BBC-yə istinadən xəbər veri ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak məlumat verib.

 

“Rusiya Xersonu yenidən vurdular və dinc sakinlər öldürüldü. İlkin məlumata görə, iki nəfər ölüb, bir nəfər yaralanıb”, – deyə Yermak bildirib.

 

Regional hərbi administrasiyanın rəhbəri Aleksandr Prokudin teleqram kanalında yazıb ki, Xersonun mərkəzi səhərdən atəşə tutulub: "Hadisə yerinə dərhal gələn həkimlər yalnız Xerson sakinlərinin ölümünü təsdiqləyə bildilər. Yaralı 59 yaşlı kişidir".

 

Rusiya ordusu bu bəyanatları şərh etməyib və BBC onları dərhal yoxlaya bilmir.

 

Qeyd edək ki, Xerson vilayətinin mərkəzi olan Xerson şəhəri 1 il əvvəl Ukrayna ordusu tərəfindən azad edilib, Rusiya ordusu Dnepr çayının o tayındadır. Hər gün şəhər və ətraf ərazilərin atəşə tutulması ilə bağlı xəbərlər daxil olur. Bir gün əvvəl vilayətin Antonovka kəndində yaşayış binalarına zərbə endirilib, 1959-cu il təvəllüdlü bir kişi həlak olub.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!