Modern.az

Danimarka səfiri Rusiya XİN-ə çağırıldı

Danimarka səfiri Rusiya XİN-ə çağırıldı

Dünya

11 Dekabr 2023, 17:44

Danimarkanın Moskvadakı səfiri J.Henninqsen xarici şirkətlərin Rusiyadakı fəaliyyəti ilə bağlı Danimarka mətbuatında "təxribat xarakterli açıqlamaları ilə əlaqədar" Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

 

"Səfir tərəfindən bu cür spekulyasiyaların yayılması 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının pozulmasıdır və səfirin qəbul etdiyi ölkədə yerinə yetirməli olduğu funksiyaların mahiyyətinə ziddir. Bildirilib ki, xarici şirkətlərin, o cümlədən Danimarka şirkətlərinin Rusiyadakı işinə əsas zərər Aİ və ABŞ-ın anti-Rusiya sanksiyaları ilə bağlıdır. Eyni zamanda, ölkəmizdə fəaliyyətlərini davam etdirmək qərarına gələn sahibkarlar Rusiya hakimiyyətinin tam dəstəyindən istifadə edirlər", - deyə məlumatda iddia olunub.

 

Danimarka tərəfdən hələlik məsələ ilə bağlı rəsmi reaksiya yoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!