Modern.az

İran səfiri BMT rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi 

İran səfiri BMT rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi 

Dünya

12 Dekabr 2023, 23:25

İranın Azərbaycandakı səfiri Səid Abbas Musəvi BMT-nin Azərbaycandakı əlaqələndiricisi ilə “Cənubi Qafqazdakı daimi sülh perspektivini” müzakirə edib.

 

Modern.az xəbər verir ki, bu barədə IRNA-nın Azərbaycan bürosu “Telegram”da bildirib.

 

“İran İslam Respublikasının səfiri BMT-nin Azərbaycan Respublikasındakı əlaqələndiricisi ilə görüşüb və müzakirə edib”, - IRNA yazıb.

 

Qeyd olunub ki, görüşdə İsrailin Qəzzadakı hərəkətləri ilə yanaşı, “Cənubi Qafqazda davamlı sülh perspektivi, Xəzər dənizi hövzəsində ekoloji məsələlər və iqlim dəyişikliyi müzakirə edilib və fikir mübadiləsi aparılıb”.

Sizə yeni x var
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!