Türkiyənin Qaziantep vilayətində yenidən zəlzələ qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi X səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin İslahiye rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.9 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 7.5 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.