Modern.az

Norveçdən Ukraynaya növbəti YARDIM

Norveçdən Ukraynaya növbəti YARDIM

Dünya

13 Dekabr 2023, 17:18

Norveç Ukraynaya 800 milyon dollar humanitar yardım ayırıb.

 

Modern.az xəbər verir ki, bu barədə NEXTA məlumat yayıb.

 

Bundan əlavə, Oslo Kiyev üçün NASAMS hava hücumundan müdafiə sistemləri tədarük edəcək. Baş nazir Yonas Qar Stere məlumatı təsdiqləyib. O, həmçinin 2023-cü ildə Ukraynaya artıq 1 milyard dollar məbləğində yardım göstərildiyini xatırladıb.

 

Qeyd edək ki, bu gün Ukrayna prezidenti Volodimir Zelenski Norveçə səfər edib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!