Modern.az

Makron və Mişel sabahkı Aİ sammitini niyə vacib sayır?

Makron və Mişel sabahkı Aİ sammitini niyə vacib sayır?

Dünya

13 Dekabr 2023, 17:50

"Sabah Brüsseldə keçiriləcək Aİ sammiti Ukrayna və ittifaqa üzvlük üçün müraciət edən digər ölkələr üçün əhəmiyyət kəsb edəcək".

 

Modern.az RİA-ya istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bildirib.

 

O hesab edir ki, sammit həlledici əhəmiyyətə malikdir.

 

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel də sabahkı sammitin ən mühüm sammit olacağını bəyan edib. O, iştirakçıları güzəştə getməyə və cəsarətli qərarlar qəbul etməyə çağırıb.

 

Qeyd edək ki, Dekabrın 14-dən 15-dək Avropa İttifaqının sammitində genişlənmə məsələləri müzakirə olunacaq. Nəticələrə əsasən, Gürcüstan Aİ-yə üzv olmaq üçün namizəd statusu ala bilər. Həmçinin, Ukrayna, Moldova və Bosniya və Herseqovinanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamasına icazə verilə bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!