Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) xüsusi əməliyyat keçirib.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat zərbə PUA-sı ilə gerçəkləşdirilib.
Əməliyyat çərçivəsində PKK terror təşkilatının "rəhbər şəxs"lərindən biri - yaşıl kateqoriya üzrə axtarışda olan və böyük şəhərlərdə terror aktlarının həyata keçirilməsi ilə bağlı göstərişlər verən Sebahat Ormanlı zərərsizləşdirilib.
Hazırda araşdırmalar davam etdirilir. Bildirilib ki, bundan sonra da oxşar əməliyyatlar keçiriləcək.