Gürcüstan dövlət nömrə nişanlı avtomobillərin sahibləri Ermənistan hökumət binası qarşısında etiraz aksiyası keçiriblər.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, aksiyaçılar gömrük rəsmiləşdirilməsindən narazıdırlar.
"Hökumətin təklif etdiyi subsidiya problemin həlli yolu deyil. Köhnə avtomobillərə 70% subsidiya verilir", - deyə vurğulanıb.
Etirazçılar bildiriblər ki, onları məcburi gömrük rəsmiləşdirilməsinə aparırlar. Aksiya iştirakçıları hökumət rəsmiləri ilə danışmaq üçün binaya daxil olublar.
Onların tələbi baş nazir Nikol Paşinyanla görüşməkdir. Lakin bu tələblə bağlı heç nə vəd olunmayıb.