Modern.az

Sarkisyanın baş mühafizəçisinin torpaq sahələri dövlət nəfinə müsadirə edildi

Sarkisyanın baş mühafizəçisinin torpaq sahələri dövlət nəfinə müsadirə edildi

Dünya

14 Dekabr 2023, 13:58

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Vaçaqan Kazaryanın mülkiyyətində olan 3 torpaq sahəsi əlindən alınıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş prokuroru Anna Vardapetyan məlumat verib.

 

Onun sözlərinə görə, Kazaryanın hər 3 torpaq sahəsi dövlətə qaytarılıb.

 

"Bunlardan İsakov prospektində 3,7 hektar ərazi Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinə verilib", - Vardapetyan əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!