"Ermənistanın baş naziri Nikol Paşinyanın tezliklə istefası və növbədənkənar parlament seçkilərinin təyin edilməsi ilə bağlı məlumatlar yalandır".
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan açıqlayıb.
"Bu, müxalifətin daha sonra növbədənkənar seçkilərə getməməkdə iqtidarı günahlandırmaq, küçələrdə yeni hərəkat yaratmağa çalışmaq üçün cəmiyyətin emosiyaları ilə oynamaq üçün növbəti uğursuz cəhdidir", - Çaxoyan əlavə edib.
Qeyd edək ki, Paşinyanın istefa verəcəyi ilə bağlı məlumatlar yayılmışdı.