Modern.az

Ukraynada müharibə o zaman bitəcək ki... - Putindən ULTİMATUM

Ukraynada müharibə o zaman bitəcək ki... - Putindən ULTİMATUM

Dünya

14 Dekabr 2023, 14:28

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Kreml Ukraynada həyata keçirdiyi xüsusi hərbi əməliyyatda məqsədlərinə çatanda sülh olacaq.


Modern.az xəbər verir ki, Putin bu haqda dekabrın 14-də keçirdiyi mətbuat konfransında danışıb.


“Məqsədlərimizə çatanda sülh olacaq” deyən Putin bildirib ki, söhbət Ukraynanın denazifikasiyasından, demilitarizasiyasından və neytral statusunun bərpasından gedir.

Putin xatırladıb ki, Ukrayna sənaye qalıqlarını saxlamağa çalışsa da, artıq demək olar ki, heç nə istehsal etmir və hər şey ona Qərbdən gəlir. O, Qərbin Ukraynanı kifayət qədər silahlandırdığını, amma həmin silahların Rusiya Ordusu tərəfindən məhv edildiyini vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!