Modern.az

Əfqanıstan-Pakistan sərhədində toqquşma

Əfqanıstan-Pakistan sərhədində toqquşma

Dünya

21 Yanvar 2024, 00:50

Əfqanıstanın Kunar əyalətində Taliban administrasiyası ilə Pakistan sərhəd qüvvələri arasında münaqişə baş verib.

 

Modern.az xəbər verir ki, Əfqan mətbuatında yer alan xəbərlərə görə, münaqişənin başa çatdığı bildirilsə də, onun miqyası ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

 

Qeyd edək ki, hər iki ölkə arasında sərhəd mübahisələrinə görə vaxtaşırı münaqişələr yaranır. Qarşıdurmalardan sonra hər iki ölkənin səlahiyyətli orqanlarının müdaxiləsi ilə gərginlik azaldılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır