Modern.az

İsrail ordusu İordan çayı ətrafında reyd keçirir

İsrail ordusu İordan çayı ətrafında reyd keçirir

Dünya

21 Yanvar 2024, 09:02

İsrailin silahlı qüvvələri İordan çayının qərb sahilində, Xevron şəhərində reydlər həyata keçirir.

 

Modern.az Qətərin "Əl-Cəzirə" telekanalına istinadən xəbər verir ki, İsrailin hərbi birləşmələri şəhərin rayonlarından birində yol qovşağında cəmləşib. Bundan əlavə, hərbi karvan şəhər istiqamətində hərəkət edir.

 

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS silahlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib, bu, sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 200-dən çox insanın girov götürülməsi ilə nəticələnib.

 

İsrail tərəfi baş verənlərə cavab olaraq bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatının başladığını elan edib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Zelenski bəzi ərazilərin Rusiyada qalmasına razılaşdı