Modern.az

Hava limanı işçiləri tətilə başladı

Hava limanı işçiləri tətilə başladı

Dünya

1 Fevral 2024, 21:24

Almaniyada bir neçə hava limanının təhlükəsizlik xidməti əməkdaşları kütləvi tətillər keçirməyə başlayıblar.

 

Modern.az xəbər verir ki, Frankfurt, Hamburq, Bremen, Berlin, Leipziq, Düsseldorf, Köln, Hannover, Ştutqar, Erfurt ve Drezden şəhərlərində yerləşən hava limanlarının təhlükəsizlik xidməti işçiləri əməkhaqqının artırılması ilə bağlı razılığa gələ bilmədikləri səbəbindən tətil keçirməyə qərar veriblər.

 

Bu isə təqribən 25 min işçini əhatə edir.

 

Almaniya Hava Limanları Birliyi hadisə nəticəsində 1100 reysin ləğv ediləcəyini və ya təxirə salınacağını açıqlayıb. Bildirilib ki, nəticədə 200 min sərnişinin daşınmasında problem yaranacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!