Modern.az

Bakıda ata kafedə stulu oğlunun başına çırpdı

Bakıda ata kafedə stulu oğlunun başına çırpdı

Ölkə

Bu gün, 13:53

Bakıda kafedə insident olub.

Modern.az-ın xəbərinə görə, hadisə Xəzər rayonu, Qala qəsəbəsində yerləşən kafedə baş verib.

Babək rayonu Nehrəm qəsəbə sakini olan 53 yaşlı Şərəf Rzayevlə (şərti adla) oğlu arasında mübahisə yaranıb. Mübahisə zamanı əsəbiləşən ata stulu götürərək 28 yaşlı oğlunun başına çırpıb. Nəticədə gənc oğlan başından xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs oğlu ilə barışdığını və dəymiş ziyanı ödədiyini deyib. Zərərçəkən gənc də həmçinin atasına qarşı şikayətçi olmadığını bildirib. Hər ikisi bunları nəzərə alaraq, cinayət təqibinə xitam verilməsini istəyib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Ş. Rzayev məsuliyyətdən azad olunub.

İlyas Turan

Sizə yeni x var
Keçid et
Azərbaycanlı politoloq Ukraynadan canlıda - Dəhşətli döyüşlər gedir