Modern.az

"Starlink"dən istifadəyə icazə verin, 2-3 aya Putin hər şeyi itirəcək

"Starlink"dən istifadəyə icazə verin, 2-3 aya Putin hər şeyi itirəcək

Dünya

Bu gün, 16:36

Ukrayna Prezidenti Volodimir Zelenski Qərb tərəfdaşlarına müraciət edərək Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini və Kiyevə imkanların genişləndirilməsini tələb edib.

Modern.az xəbər verir ki, Ukrayna dövlət başçısı "Starlink" peyk internet sistemindən Rusiya ərazisində də istifadəyə icazə verilməsinin müharibənin gedişatını kökündən dəyişə biləcəyini vurğulayıb.

"Ukraynaya Rusiya Federasiyası ərazisində 'Starlink'dən istifadə etməyə icazə verin. Bundan 2–3 ay sonra Putin hər şeyi itirəcək və danışıqlar masasına oturacaq", - deyə Zelenski bildirib.

Ölkə rəhbəri, həmçinin Rusiyanın iqtisadi baxımdan tam təcrid olunmasının vacibliyini qeyd edib:

"Onların bütün iqtisadiyyatını bağlayın. Rusiyanın ağzını tikin. Öz satışlarınızla onları yemləməyin. Sadəcə, onların silahlarına sanksiya tətbiq edin".

Zelenski əlavə edib ki, yalnız bu cür qətiyyətli addımlar və iqtisadi təzyiqlər Moskvanı müharibəni dayandırmağa məcbur edə bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi