Modern.az

Ermənistanda hərbi xidmətə çağırış yaşı 32-yə qaldırılır

Ermənistanda hərbi xidmətə çağırış yaşı 32-yə qaldırılır

Dünya

Bu gün, 12:13

Ermənistanda müəyyən kateqoriyaya aid vətəndaşların müddətli hərbi xidmətə çağırılması üçün yaş həddinin 32-yə qaldırılması təklif olunur.

Modern.az xəbər verir ki, bununla bağlı “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişikliklər nəzərdə tutan qanun layihəsi oktyabrın 8-də Ermənistan hökumətinin iclasında təsdiqlənib.

Qeyd olunur ki, bir sıra xarici universitetlərdə təhsilin təşkili xüsusiyyətləri səbəbindən 27 yaşadək möhlət hüququ əldə edən vətəndaşlar təhsillərini müəyyən edilmiş müddətdə başa çatdırmağa və Ermənistanda hökumətin müəyyən etdiyi sahələr üzrə işləməyə başlaya bilmirlər.

Qanunvericiliyə təklif olunan dəyişikliklərin qəbul edilməsi belə vətəndaşlara təhsillərini maneəsiz davam etdirməyə, həmçinin təhsillərini başa vurduqdan sonra ən azı üç il müddətinə hökumətin müəyyən etdiyi sahələrdə işləmək üçün hərbi xidmətə möhlət hüququndan istifadə etməyə imkan verəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi