ABŞ-nin və dünyanın ən qədim, özəl və nüfuzlu ali təhsil müəssisələrindən bir Harvard Universitetində türk alim dekan olub.
Modern.az xəbər verir ki, qlobal səhiyyə sistemləri və siyasətləri sahəsində dünyanın tanınmış mütəxəssislərindən biri olan professor Rıfat Atun Harvard Universitetinin T.H. Chan Xalq Sağlamlığı Məktəbində Təhsil və İnnovasiya üzrə dekan, həmçinin Qlobal Səhiyyə Sistemləri professoru vəzifəsində işləyir.
Rıfat Atun Harvardın təxminən 4 əsrlik tarixində dekan vəzifəsinə təyin olunan ilk türk akademik kimi tarixə düşüb.