Modern.az

"Rosselxoznadzor" Ermənistan kürüsündə bakteriya aşkarladı

"Rosselxoznadzor" Ermənistan kürüsündə bakteriya aşkarladı

Dünya

1 Mart 2024, 17:16

"Rosselxoznadzor" Ermənistandan kürü tədarükü zamanı pozuntular aşkarlayıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu kürünün Rusiyaya idxalına müvəqqəti məhdudiyyətlər qoyulub.

 

Qurumun mətbuat xidmətinin məlumatına görə, söhbət koliform bakteriyaların aşkar edildiyi “Max Fish” şirkətinin qırmızı farel kürüsündən gedir.

 

Bundan əvvəl "Rospotrebnadzor" Ermənistanın “Cermuk” mineral suyunun müəyyən partiyalarının satışını müvəqqəti olaraq dayandırmışdı.

Sizə yeni x var
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı