Modern.az

Polşadan Ukraynaya DƏSTƏK

Polşadan Ukraynaya DƏSTƏK

Dünya

21 Mart 2024, 23:44

Polşa Avropa İttifaqı (Aİ) ölkələri tərəfindən Ukraynaya silah tədarükünə logistik dəstək verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski Vişeqrad qrupunun iclasından sonra açıqlama verib.

 

“Biz şadıq ki, bu təşəbbüsə (Ukraynaya silah tədarükü – red.) təkcə maliyyə cəhətdən deyil, sursatların cəbhəyə çatdırılması baxımından da maddi-texniki töhfə verə bilərik”, – diplomat bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!