Modern.az

Paşinyanın partiyası qərargahını dəyişir - Daşnaklarla qonşu olacaqlar

Paşinyanın partiyası qərargahını dəyişir - Daşnaklarla qonşu olacaqlar

Dünya

5 Aprel 2024, 11:37

Ermənistanın hakim partiyası olan "Mülki Müqavilə"nin İrəvandakı mərkəzi qərargahı köçürülür.

 

Modern.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb.

 

Qeyd olunub ki, bu məqsədlə hətta binanın yaxınlığında yeni plitələr də düzüblər. Yeni qərargah Daşnaksütun və Ermənistan Respublika Partiyasının yaxınlığında açılacaq.

 

Məlumata görə, əvvəllər "Çiçəklənən Ermənistan" Partiyasının seçki qərargahı da həmin binada yerləşib.

 

Nəşr yazır ki, İrəvan bələdiyyəsi və dövlət qurumları idarənin ətrafını abadlaşdırmaq üçün bütün səylərini göstərir və artıq içəridə “dəbdəbəli” təmir işləri aparılıb.

Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?