Modern.az

Xameneinin məktubu Putinə çatdırıldı

Xameneinin məktubu Putinə çatdırıldı

Dünya

Bu gün, 05:20

İranın dini rəhbəri Müctəba Xameneinin məktubu Rusiya Prezidenti Vladimir Putinə çatdırılıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiyada səfərdə olan və bu ölkənin Prezidenti Vladimir Putinlə görüşən İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi aparılan müzakirələrin yekunlarına dair jurnalistlərə bildirib.

“Regionun mühüm məsələləri barədə Putinlə məsləhətləşmələr aparılıb. Ali rəhbər onun mesajını ən qısa zamanda Putinə təqdim etməyimi istəyirdi. Rusiya prezidenti səmimi salamlarını Müctəba Xameneiyə çatdırıb”, - o deyib.

Onun sözlərinə görə, Putinlə müharibədən sonrakı dövr və regionun təhlükəsizlik tənzimləmələri ilə əlaqədar məsələlər müzakirə edilib.

Xameneinin Putinə ünvanladığı məktubun təffərrüatı barədə məlumat verilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib