Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib.
Modern.az xəbər verir ki, “Associated Press“in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarlar ittifaqları isə təxminən 1,6 milyon nəfər göstərib.
Etirazçılar əməkhaqqılarının artırılmasını, iş şəraitinin yaxşılaşdırılmasını, təhsil sisteminə daha çox vəsait ayrılmasını və yaşayış xərclərinin artmasına qarşı tədbirlər görülməsini tələb ediblər.
Parisdə nümayişlər iğtişaşlara çevrilib, polis gözyaşardıcı qazdan istifadə edib. Hakimiyyət ictimai asayişi qorumaq üçün ölkə üzrə 70 min polis və jandarm cəlb edib. Aksiyalar ictimai nəqliyyatın və məktəblərin fəaliyyətində də fasilələrə səbəb olub.
Qeyd edək ki, etirazlar sentyabr ayında başlayıb. Sonradan bahalaşma, aşağı əməkhaqqıları və dövlət xidmətlərinin keyfiyyətinin pisləşməsi ilə bağlı narazılıqlar da aksiyalara əlavə olunub.