Modern.az

Möhsün Rezai Xameneinin məktubunu Putinə çatdırdı

Möhsün Rezai Xameneinin məktubunu Putinə çatdırdı

Dünya

Bu gün, 00:03

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai İranın ali dini lideri ayətullah Müctəba Xameneinin məktubunu Rusiyanın Prezidenti Vladimir Putinə çatdırıb.

Modern.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Məktub Moskvada keçirilən görüş zamanı Rezai tərəfindən Putinə təqdim edilib. Görüşün detalları və məktubun məzmunu hələlik açıqlanmayıb.

Bir neçə gün əvvəl Putin və Rezainin telefon danışığı apardığı bildirilmişdi. Tərəflər söhbət zamanı regionda və dünyada mövcud vəziyyəti, xüsusilə də Qərbi Asiyadakı prosesləri müzakirə ediblər.

Telefon danışığı zamanı Putinin və digər Rusiya rəsmilərinin İran xalqına dəstək ifadə edən mövqeyinə görə təşəkkür bildirilib.

Sizə yeni x var
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib