Modern.az

Tramp seçkidən sonra İranla bağlı ilk müşavirəsini keçirdi

Tramp seçkidən sonra İranla bağlı ilk müşavirəsini keçirdi

Dünya

Bu gün, 08:57

ABŞ Prezidenti Donald Tramp Konqresə aralıq seçkilərdən sonra İranla bağlı milli təhlükəsizlik komandası ilə ilk müşavirəsini keçirib. Vaşinqtonun Tehrana qarşı növbəti addımları müzakirə etdiyi görüşdə mümkün hərbi əməliyyatlar da gündəmdə olub.

Modern.az xəbər verir ki, bu barədə “Axios” məlumatlı mənbələrə istinadən yazıb.

Portalın həmsöhbətinin sözlərinə görə, Tramp və onun milli təhlükəsizlik üzrə əsas müşavirləri cümə axşamı həftəlik kəşfiyyat brifinqi çərçivəsində İranla bağlı ilk görüşlərini keçiriblər.

Bundan əvvəl ABŞ prezidentinin İranla bağlı üç mümkün variantı nəzərdən keçirdiyi bildirilmişdi. Bunlara İrana yeni zərbələrin endirilməsi, Tehrana qarşı iqtisadi təzyiqlərin davam etdirilməsi və ya razılaşmanın əldə olunması daxildir.

Komandası ilə görüşdən sonra Tramp jurnalistlərə açıqlamasında “İndi qərar verəcəyik” deyib.

“Əgər mümkündürsə, ölkənin qalan hissəsini dağıtmamağa üstünlük verərdim. Amma bəlkə də bunu etməli olacağam. Tezliklə öyrənəcəksiniz”, - deyə o bildirib.

Bu arada, portalın mənbələrinin məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranda genişmiqyaslı hərbi əməliyyatların mümkün bərpasına hazırlığı başa çatdırmaq üzrədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib