Modern.az

Qazaxıstan və Qırğızıstan liderləri GÖRÜŞƏCƏK

Qazaxıstan və Qırğızıstan liderləri GÖRÜŞƏCƏK

Dünya

9 Aprel 2024, 11:16

Qırğızıstan Prezidenti Sadır Japarovun Qazaxıstana rəsmi səfəri baş tutacaq.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı Qırğızıstan prezidentinin mətbuat xidməti təsdiqləyib.

 

Bildirilib ki, görüş aprelin 18-19-da keçiriləcək. Səfər çərçivəsində iki ölkə prezidentləri Ali Dövlətlərarası Şuranın iclasını keçirəcəklər.

 

Tərəflər ikitərəfli əməkdaşlığın cari məsələlərini müzakirə edəcəklər. Bundan əlavə, Sadır Japarov Qazaxıstanda Qırğızıstan Kino Günlərinin açılışında və bir sıra digər tədbirlərdə iştirak edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranda yenə müharibə başladı - Gəmilər bombardman edilir - Xəbəriniz Var? - Media Turk TV