Modern.az

Nazir işdən çıxarıldı

Nazir işdən çıxarıldı

Dünya

30 Aprel 2024, 21:05

Qazaxıstanın rəqəmsal inkişaf naziri Bağdat Musin tutduğu vəzifədən uzaqlaşdırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstanın prezidenti Kasım Jomart Tokayevin mətbuat xidməti məlumat yayıb.

 

“Dövlət başçısının sərəncamı ilə Baqdat Batırbekoviç Musin Qazaxıstan Respublikasının rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye naziri vəzifəsindən azad edilib”, - məlumatda deyilir.

 

Qeyd edək ki, Bağdat Musin 2020-ci il sentyabrın 2-də nazir təyin olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV