Modern.az

Ermənistanın baş prokuroru məhkəmədə UDUZDU

Ermənistanın baş prokuroru məhkəmədə UDUZDU

Dünya

27 İyun 2024, 10:36

Ermənistanın Kotayk vilayətinin keçmiş prokuroru Apres Qriqoryan ölkənin baş prokuroru Anna Vardapetyana qarşı məhkəmədə qalib gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə "Joğovurd" qəzeti öz mənbələrinə istinadən yazıb.

 

Belə ki, Qriqoryan 2023-cü ilin avqustunda Vardapetyanı onun telefon danışıqlarının dinlənilməsi ilə əlaqələndirdiyi işdən çıxarılması ilə bağlı məhkəməyə verib.

 

Nəşrin məlumatına görə, mayın 24-də Kassasiya Məhkəməsi Qriqoryanın şikayətini təmin edib və indi o, işə bərpa olunmalıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?