Modern.az

Rusiyada komitə sədri deputatları "axmaq" adlandırdı

Rusiyada komitə sədri deputatları "axmaq" adlandırdı

Dünya

27 İyun 2024, 17:12

Rusiyada Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin miqrantların törətdiyi cinayətlərdən danışıb.

 

Modern.az "Meduza"ya istinadən xəbər verir ki, o, miqrasiya siyasətini sərtləşdirməyə çağırıb.

 

Daha sonra zalda olan Dövlət Dumasının deputatı ilə dialoqa girərək parlamentdə “nə baş verdiyini” soruşub: "Mən həqiqətən bilmək istərdim ki, bizim dövlət axmaqlarımız nə vaxt yaxşı qanunlar qəbul edəcəklər".

 

Dövlət Dumasının spikeri Vyaçeslav Volodin isə cavab olaraq bildirib ki, İstintaq Komitəsinin rəhbəri deputatları vətəndaşlar seçdiyi üçün “axmaq” ifadəsi ilə xalqı təhqir edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
21 minlik stəkan, Gəncədə ŞOK ƏMƏLLƏR - Sadıkovla Mehdiyevi nə gözləyir?