Modern.az

USAID rəhbəri Ermənistana gedir

USAID rəhbəri Ermənistana gedir

Dünya

8 İyul 2024, 17:04

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer iyulun 8-11-də Ermənistana səfər edəcək.

 

Modern.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb.

 

Bildirilib ki, o, USAID-in ölkədə aparılan islahatlara dəstəyini təsdiq edəcək.

 

Səfər zamanı S.Pauer Ermənistan hökumətinin yüksək vəzifəli şəxsləri, gənclər və media nümayəndələri ilə görüşəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?