Modern.az

"Rusiya Azərbaycanı tələsdirmir" - LAVROV

"Rusiya Azərbaycanı tələsdirmir" - LAVROV

Dünya

5 Noyabr 2024, 17:40

Rusiya tərəfi  Azərbaycanı sülh sazişi imzalamağa tələsdirmir.

Modern.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Sergey Lavrov bildirib.

"Azərbaycan-Ermənistan sülh prosesi çərçivəsində əldə edilmiş əhəmiyyətli irəliləyişi alqışlayırıq. Qərbin saxta vasitəçilərindən fərqli olaraq, tərəfdaşlarımızı tələsik sülh sazişi imzalamağa sövq etmirik", - S.Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyin bərqərar olmasında maraqlıdır
 
Həsən Mahanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hamının gözlədiyi an! Ərdoğan Bakıda hansı mesajları verəcək?