Modern.az

Selena Qomez evləndi - FOTO

Selena Qomez evləndi - FOTO

Dünya

1 Oktyabr 2025, 09:10

33 yaşlı dünyaşöhrətli müğənni Selena Qomez ailə həyatı qurub.

Modern.az-ən məlumatına görə, o, 37 yaşlı musiqi prodüseri Bennie Blanko ilə evlənib.

Sənətçi bu barədə xəbəri sosial şəbəkədə paylaşdığı toy fotoları ilə elan edib. Şəkillərin müəllifi tanınmış fotoqraf Petra Kollinsdir.

Mediada yayılan məlumatlara görə, cütlük Kaliforniyanın Santa-Barbara şəhərindəki dəbdəbəli "Sea Crest Nursery" malikanəsində mərasim keçirib. Tədbirə təxminən 170 qonaq qatılıb.

Qomez mərasimdə xüsusi olaraq Ralf Lauren tərəfindən hazırlanmış, zərif naxışlarla işlənmiş ipək gəlinlik geyinib. B. Blanko isə eyni brendin klassik qara kostyumunu geyinib.

1466094

1466095

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?