Modern.az

FIFA-nın yeni reytinq cədvəli - Azərbaycan 83-cüdür

FIFA-nın yeni reytinq cədvəli - Azərbaycan 83-cüdür

Dünya

5 İyun 2014, 17:05



FİFA Braziliyada keçiriləcək Dünya Çempionatı öncəsi milli komandaların reytinq cədvəlini açıqlayıb. Modern.az FİFA-ya istinadla xəbər verir ki, Azərbaycan milli komandası reytinq siyahısında 83-cü pillədə qərarlaşıb. Bundamn öncəki reytinq cədvəlində 85-ci pillədə qərarlaşmış yığmamız üçün bu, böyük uğur sayıla bilər. Qonşu ölkələrdən ən böyük uğur Rusiya millisinə məxsusdur. Şimal qonşumuz dünyanın ən güclü 19-cu yığmasıdır. Reytinq cədvəlinin 38-ci pilləsində Ermənistan, 39-cu pillədə Türkiyə, 96-cı pillədə isə Gücüstan yığma komandaları yerləşib. Dünyanın ən güclü 10 yığma komandası isə bunlardır:

            
1. İspaniya
2. Almaniya
3. Braziliya
4. Portuqaliya
5. Argentina
6. İsveçrə
7. Uruqvay
8. Kolumbiya
9. İtaliya
10. İngiltərə      
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?