Modern.az

İstanbulda dağıntılar altından bir nəfərin meyiti çıxarılıb - YENİLƏNİB

İstanbulda dağıntılar altından bir nəfərin meyiti çıxarılıb - YENİLƏNİB

Dünya

Bu gün, 11:59

Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda çökən yeddimərtəbəli yaşayış binasının dağıntılarının altından bir nəfərin meyiti çıxarılıb.

Modern.az xəbər verir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb.

Bildirilib ki, hazırda 3 nəfərin axtarışları davam edir.

09:01

İstanbulun Maltepe rayonunun Cevizli məhəlləsində 7 mərtəbəli binanın alt 3 mərtəbəsi çöküb. Hadisə oktyabrın 8-də saat 05:40 radələrində Doğu küçəsində baş verib.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə AFAD, yanğınsöndürmə, səhiyyə və polis qrupları göndərilib.

Binanın çökməyən üst mərtəbələrində qalan şəxslər xilasedicilər tərəfindən təxliyə edilib.

Dağıntılar altında axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Binanın alt 3 mərtəbəsinin hansı səbəbdən çökdüyü hələlik məlum deyil.

1553617

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi