Modern.az

Mansur Yavaş barəsində araşdırma başladı

Mansur Yavaş barəsində araşdırma başladı

Dünya

14 Aprel 2026, 10:18

Ankara Böyükşəhər Bələdiyyəsinin (ABB) sədri Mansur Yavaş barəsində araşdırma başladılıb.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb ABB sədrinin 2023-cü ildə Karabükdə keçirilən seçki mitinqində bələdiyyə resurslarından, nəqliyyat vasitələrindən qanunsuz istifadəsi ilə bağlı yayılan iddialardır.

Qərardan sonra bələdiyyə bəyanat yayıb.

Bəyanatda vurğulanıb ki, sənədlərdə Yavaşın nəqliyyat vasitələrindən istifadə ilə bağlı birbaşa təlimat verdiyini göstərən heç bir fakt yoxdur: “Buna baxmayaraq, fərziyyələrə əsaslanaraq, məsuliyyəti təyin etməyə cəhdlər olunur”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!