Səudiyyə Ərəbistanı ABŞ-dən Hörmüz boğazı ətrafında tətbiq edilən blokadanın dayandırılmasını və İranla danışıqların bərpasını tələb edib.
Modern.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" ərəb rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, Səudiyyə Ərəbistanı ABŞ-ə xəbərdarlıq edib ki, mövcud vəziyyət davam edərsə, İran Bab əl-Məndəb boğazını bağlaya bilər. Bu boğaz krallığın qalan neft ixracı üçün həlledici əhəmiyyət daşıyır.
Qeyd olunur ki, Bab əl-Məndəb boğazı yaxınlığındakı əraziyə Yəməndə fəaliyyət göstərən husilər nəzarət edir. Ərəb mənbələrin məlumatına görə, İran bu qruplaşmaya təsir göstərərək həmin dəniz dəhlizinin bağlanmasına təzyiq edir.