Modern.az

Almaniyada yaşayan türklərin sayı açıqlandı 

Almaniyada yaşayan türklərin sayı açıqlandı 

Dünya

Bu gün, 14:05

Almaniya əhalisinin demoqrafik tərkibində diqqətçəkən dəyişikliklər qeydə alınıb.

Modern.az xəbər verir ki, Federal Statistika İdarəsi və "Deutsche Welle"nin yaydığı məlumata görə, 2025-ci ildə ölkədə miqrasiya mənşəli sakinlərin sayı təxminən 21,8 milyon nəfərə çatıb. Bu isə ümumi əhalinin 26,3%-ni təşkil edir.

Qeyd olunur ki, miqrasiya mənşəli şəxslər dedikdə, Almaniyaya köçən birinci nəsil immiqrantlar, eləcə də hər iki valideyni 1950-ci ildən sonra ölkəyə gəlmiş şəxslər nəzərdə tutulur.

Statistikaya əsasən, Almaniyada miqrasiya mənşəli olmayan əhalinin sayı 56,8 milyon nəfərdir ki, bu da ümumi əhalinin təxminən 68,6%-nə bərabərdir.

2025-ci ildə ölkədə yaşayan 16,4 milyon immiqrantın 39%-i əsasən bir neçə ölkənin payına düşür. Belə ki, Polşa və Türkiyə hər biri 1,5 milyon nəfərlə ilk sıralarda yer alır. Onları Ukrayna (1,3 milyon), Rusiya (1 milyon) və Suriya (1 milyon) izləyir.

Mütəxəssislər hesab edir ki, bu göstəricilər Almaniyada miqrasiya proseslərinin artan dinamizmini və ölkənin çoxmillətli cəmiyyətə çevrilməkdə davam etdiyini bir daha nümayiş etdirir.

Sizə yeni x var
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi