“Kiyev hakimiyyəti Pasxa atəşkəsini pozmaqla sülh istəyinin olmadığını nümayiş etdirib”.
Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova söyləyib.
Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski atəşkəs əmri verməyib və Ukrayna Silahlı Qüvvələri rejimi 6 min dəfədən çox pozub.
Zaxarova qeyd edib ki, atəşkəs Vladimir Putin tərəfindən elan olunub və 32 saat davam edib.