Modern.az

Bolqarıstanda parlament seçkiləri BAŞLADI

Bolqarıstanda parlament seçkiləri BAŞLADI

Dünya

Bu gün, 10:11

Bolqarıstanda 52-ci çağırış Milli Assambleyaya növbədənkənar seçkilər başlayıb.

Modern.az xəbər verir ki, ölkə üzrə 12 mindən çox seçki məntəqəsi səhər saat 07:00-da açılıb və saat 20:00-dək fəaliyyət göstərəcək. Bolqarıstan vətəndaşları həm ölkə daxilində, həm də 55 xarici ölkədə səs verə biləcək.

Son beş ildə səkkizinci dəfə keçirilən seçkilərdə 6,5 milyon nəfərin səsvermə hüququ var, iştirakın isə 3,3 milyon nəfər olacağı gözlənilir.

Seçkilərdə 14 partiya və 10 koalisiyanı təmsil edən namizədlər, ümumilikdə 240 yer uğrunda mübarizə aparır. İlk qeyri-rəsmi nəticələrin bu axşam açıqlanacağı gözlənilir.

Sorğulara görə, keçmiş Prezident Rumen Radevin yaratdığı yeni siyasi ittifaq ön sıralardadır. GERB partiyası və islahatçı qüvvələr də əsas rəqiblər hesab olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?