Modern.az

Putinin "əkiz"i yaradıldı

Putinin "əkiz"i yaradıldı

Dünya

Bu gün, 12:26

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi dünya liderlərinin davranışlarını proqnozlaşdırmaq məqsədilə süni intellekt əsaslı “rəqəmsal əkizlər” üzərində çalışır.

Modern.az xəbər verir ki, layihə çərçivəsində yaradılan çatbotlar real şəxslərin düşüncə tərzini, qərarvermə mexanizmlərini və reaksiyalarını modelləşdirmək üçün hazırlanır. Bu “rəqəmsal əkizlər” vasitəsilə beynəlxalq münasibətlərdə mümkün addımların əvvəlcədən təhlil edilməsi planlaşdırılır.

Bildirilir ki, layihə çərçivəsində xüsusilə Rusiya prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Cinpin kimi qlobal siyasətdə mühüm rol oynayan fiqurların “rəqəmsal profilləri” üzərində iş aparılır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranda yenə müharibə başladı - Gəmilər bombardman edilir - Xəbəriniz Var? - Media Turk TV